Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Cənubi Koreyadakı sabiq səfiri Kris Hil səsləndirib.
“Onun sözlərinə görə koreyalılar arasında dialoqların bərpa edilməsi gərginliyin bitməsi mənasına gəlməməlidir. Əlaqələrdəki ani yaxınlaşma dünyanın Şimali Koreyaya qarşı hazırlığını zəiflətməməlidir”, - deyə Hil bildirib.
O, bu danışıqların müsbətə doğru irəliləyiş olduğunu və potensial həllə yaxınlaşdırdığını qəbul edib. Lakin əlavə edib ki, bu danışıqlar Şimali Koreyanın nüvə silahlarından əl çəkməsi demək deyil.
“Fikrimcə Şimali Koreya danışıqları bərpa etməklə baxın bizim nüvə silahlarımız var, biz onlardan əl çəkmək niyyətində deyilik, amma həm də yaxşı qonşu olmağa hazırıq mesajı vermək istəyirlər”, - deyə Hil əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az