Vigen Sarkisyana qarşı iddia qaldırılacaq - SƏBƏB

2018/01/129450r_1516639222.jpg
Oxunub: 528     20:51     22 Yanvar 2018    
Ermənistan müdafiə nazirinə qarşı iddia qaldırılacaq.

Ordu.az-ın daha öncə xəbər veridiyi kimi, yanvarın 13-də Ermənistan müdafiə naziri Vigen Sarkisyan öz "Facebook" səhifəsində yaralı erməni əsgəri Albert Dəlləkyanın xaricdə müalicə edilməsi üçün pul toplanması kompaniyasına qoşulmağa təşəbbüslə çıxış edib.

Sarkisyan bu müraciətini, qanunlara əsasən dövlət büdcəsindən xaricdə müalicə üçün pul ayrılmasının mümkün olmadığı ilə izah etdi. Dərhal "Facebook" izləyicilərindən biri, Petros Sarkisyan müdafiə nazirinin bu qeydinə “1000 dramlar bitdi, bu da yeni dilənçilik üsuludur” deyə münasibət bildirdi. Vigen Sarkisyan isə, cavabında “dilənçi sən özünsən” deyə sərt reaksiya verdi.

Sarkisyan sonradan qeydlərini silsə də, müdafiə nazirinin vətəndaşa bu münasibəti erməni cəmiyyətində qalmaqala səbəb oldu. Hazırda Petros Sarkisyan Vigen Sarkisyanın bu ifadəsinə görə, etika komissiyasına şikayətlə müraciət edəcəyini bildirib.

Qaydalara görə, vəzifəli məmurlara qarşı etika komissiyasının icraatına verilən iş baxıldıqdan sonra komissiyanın yekun rəyi prezidentə və vəzifəli şəxsin rəisinə göndərilir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Vigen-Sarkisyan   Rüsvayçılıq  

Xəbər lenti

Vigen Sarkisyana qarşı iddia qaldırılacaq - SƏBƏB

2018/01/129450r_1516639222.jpg
Oxunub: 529     20:51     22 Yanvar 2018    