KTMT-də təşviş: ABŞ Ermənistana peyk məlumatları verir? - ANALİZ

2018/01/z1yef_1502375750_242356756_1516429462.jpg
Oxunub: 2092     10:14     20 Yanvar 2018    
Ağ Evin mətbuat katibi Sara Sanders Qazaxstan prezidenti Nursultan Nazarbayevin və ABŞ prezidenti Donald Trampın yanvarın 16-da Vaşinqtonda baş tutan görüşünün nəticələri ilə əlaqədar bildirib ki, hər iki lider müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə ediblər. Bununla yanaşı əməkdaşlığın genişləndirilməsi, operativ məlumatlandırma, regional təhlükəsizlik üçün logistik marşrutlardan istifadə imkanlarının zərurəti vurğulanıb.

Nazarbayev və Tramp görüşünün keçirilməsi BMT Təhlükəsizlik Şurasına Qazaxıstanın sədrlik etməsi ilə yanaşı, bir o qədər də ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası ilə əlaqədardır. ABŞ Ermənistandan fərqli olaraq, Qazaxıstana xüsusi alicənablıqla yanaşır və onun regional maraqlarına hörmət edir.

Həmin gün Ermənistan müdafiə naziri Vigen Sarkisyanın ölkədəki ABŞ səfiri Riçard Milslə görüşməsi isə səfirin Vigenin qalmaqallı açıqlamalarına dəstək xarakteri daşıyır, sanki "böyük qardaş"ın yanındadır kimi ifadə olunurdu. Görüş zamanı yayılan rəsmi məlumata görə, Mils Ermənistan ordusunun "müasirləşdirilməsi"nin 7 illik proqramı və bu proqram çərçivəsində ABŞ-la əməkdaşlığı nəzərdə tutan məsələlər ətrafında müzakirələr aparıb.

Ermənistan Qazaxıstandan fərqli olaraq, Rusiya bürokratik sisteminə təmamilə satılmış bir ölkə kimi ABŞ-a önəmlidir. Maraqlıdır axı niyə? Əgər rəqibi məhv etmək düşüncəsindəsənsə mütləq onun ən "sadiq" dostunu izolyasiyaya salmağı bacarmalısan. Görsənən odur ki, 2018-ci ildə İrəvanda amerika-erməni hərbi əməkdaşlıq məsləhətləşmələrinin keçirilməsi və gələcək fəaliyyət sahələrinin müəyyən edilməsi bu ünvana söykənib.

Ermənistan və ABŞ hansı sahələrdə əməkdaşlıq etmək niyyətindədir?

Araşdırmalara görə, hazırda bu əməkdaşlıq yalnız hərbi təhsil sahəsində və Ermənistana zəruri tibbi avadanlıqların yardımı ilə müşayiət olunur.

Bundan başqa ABŞ tərəfindən Ermənistana peyk məlumatları, həmçinin müşahidə qurğularının verildiyi bildirilir. Avadanlıqların təmas xəttində quraşdırıldığı qeyd olunur.

Ermənistan və ABŞ kosmik sahədə də əməkdaşlığı artırmaq niyyətindədirlər. Keçən ilin dekabr ayında Ermənistan "Aerokosmos" kosmik kəşfiyyat xidməti yaradıb. Bu xidmətə artıq 600 min dollar vəsait ayrılıb. Lakin Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti bu barədə ətraflı məlumat verməkdən yayınıb. Buna görə də Ermənistanın kosmik kəşfiyyatın hansı orqanla əməkdaşlıq edəcəyi hələlik məlum deyil.

ABŞ-la KTMT və AİƏT üzv dövlətlərinin əməkdaşlığı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən risklərini azalda bilər. Xüsusən də ABŞ Rusiya hərbi sənayesinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir və bu halda bu müəssisələrlə əməkdaşlıq edən hökümətlərin də sanksiyalarla üzləşə biləcəyi aydındır.

Ehtimal olunur ki, Nazarbayev Vaşinqtonda bu məsələni qaldırıb. Ağ Evin mətbuat katibinin qeyd etdiyi kimi, ABŞ Qazaxstanla bərabər 3-cü ölkələrə qarşı Amerika sanksiyalarının tətbiqinin iqtisadiyyata təsiri nəticələrindən yayınmaq məsələsini müzakirə edib. "Liderlər sanksiyalar məsələsində Qazaxıstan iqtisadiyyatı üçün gözlənilməz mənfi təsirlərdən qorunma məsləsində məsləhətləşmələr aparmaq niyyətindədirlər", - deyə Ağ Evin mətbuat katibi qeyd edib.

ABŞ sanksiyaların ehtimal olunan təsiri ilə əlaqədar Ermənistanla da məsləhətləşmə aparmaq fikrindədir. Lakin Ermənistan müstəqil Qazaxıstandan fərqli olaraq bölgədə Rusiyanın "forpostu"dur. Bu baxımdan, Rusiyanın buna hansı növlü sillə ilə cavab verəcəyi maraqlı olacaq.

Alpər Mövludoğlu
Analiz Ordu.az-a məxsusdur

Teqlər: ABŞ   Ermənistan   Qazaxıstan   KTMT  

Xəbər lenti

KTMT-də təşviş: ABŞ Ermənistana peyk məlumatları verir? - ANALİZ

2018/01/z1yef_1502375750_242356756_1516429462.jpg
Oxunub: 2093     10:14     20 Yanvar 2018    