Rəsmi məlumata görə, görüşdə 2017-ci ildə Ermənistan silahlı qüvvələr sahəsində erməni-amerika əməkdaşlığının nəticələri və 2018-ci ildə perespektivlər müzakirə edilib. Görüşdə tərəflər həm də erməni silahlı qüvvələrinin müasirləşdirilməsi üzrə 7 illik proqrama da toxunublar. Xatırladım ki, bu proqram barədə oktyabr ayında Serj Sarkisyan açıqlama verib və bu yaxınlarda nəzərdə tutulan layihə ona təqdim edilib.
Diqqətlə analiz etsək görərik ki, səfir Riçard Milsin səfəri Vigen Sarkisyan üçün, ictimaiyyət və mətbuatın tənqidlərinə məruz qaldığı "çətin" bir vaxta təsadüf edir.
Məsələ yaralı erməni əsgəri üçün kasıb erməni cəmiyyətindən olan-qalan pullarının da qoparılmasından gedir. Bu barədə Vigen Sarkisyanın öz "Facebook" səhifəsindəki qeydləri geniş müzakirələrə səbəb oldu. Müzakirələr Sarkisyanla sosial şəbəkə istifadəçisi arasında qarşılıqlı, kəskin ifadələrlə nəticələndi. Bu məqamda ABŞ səfirinin Ermənistan müdafiə nazirliyinə səfəri, praktiki olaraq Vigen Sarkisyana göstərilən mənəvi-siyasi dəstək əhəmiyyəti daşıyır. Səfirin bunun əhəmiyyətini birbaşa və ya dolayı yolla dərk etmədiyini demək mümkün deyil. Lakin burada vəziyyət ilk baxışdan göründüyünə görə daha əlamətdar ola bilər.
Ümumiyyətlə, Riçard Milsin Vigen Sarkisyana dəstək olan bu addımı onu ictimai müxalifət mövqeyindən qorumaq üçün deyil, bu müxalifəti Vigen Sarkisyana qarşı istifadə etməyə çalışan bəzi siyasi və hakimiyyətdaxili reallıqlardan qorumaq üçün atılıb.
Praktiki olarq səfir Vigen Sarkisyanla ordunun müasirləşdirilməsi üzrə 7 illik proqramı və bu proqrama dəstək verilməsi imkanlarını müzakirə etməklə “mövzunu” dəyişməyə cəhd etməsi diqqətəlayiqdir. Burada vəziyyət daha da çox yönlüdür. Burada problem ondan ibarətdir ki, Ermənistan odusunun sosial və hərbi texnika ehtiyacları çox böyükdür və daima bu ehtiyac artır. Büdcə korrupsiyadan kənar effektiv idarə olunsa belə müharibə vəziyyətində olan Ermənistan üçün hazırki büdcə kifayət deyil. Nəticədə Ermənistan ordusunun ehtiyaclarını ödəmək üçün digər mənbələrdən istifadə etmə zərurəti yaranır. Yəni xalqı talan etmək... Daha dəqiq desək erməni xalqının talan edilməsi Ermənistan ordusunun 7 illik "müasirləşdirmə" proqramının tərkib hissələrindən biri olacaq.
Bu kontekstdə ABŞ səfirinin Ermənistan müdafiə nazirinə dəstəyi, məhz 7 illik proqramın həyata keçirilməsi ilə bağlı deyil, onun yuxarıda qeyd edilən "əsas müddəaları"ndan diqqətləri yayındırmaq məqsədini güdürdü. Hər halda artıq erməni cəmiyyəti müdafiə nazirinə ilkin silləni vurub.
Alpər Mövludoğlu
Ordu.az