Ermənistan MN-nin yüksək vəzifəli şəxslərinin mal varlığı - BƏYƏNNAMƏ

2018/01/timthumb435345_1516274356.jpg
Oxunub: 2439     19:18     18 Yanvar 2018    
Ermənistan müdafiə naziri Viqen Sarkisyanın təqdim etdiyi "hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qalmaqallı qanunun qəbulundan sonra nazir təkrar qalmaqalla üzləşib. Bu dəfə yaralı hərbi qulluqçu Albert Dəlləkyana maddi dəstək göstərilməsi işində tənqidlərə məruz qalıb.

Ordu.az xəbər verir ki, bu məqamda erməni mətbuatı Ermənistan silahlı qüvvələrinin yüksək vəzifəli məmurlarının bəyannamələrini dərc edib. Bu mal varlığı yalnız rəsmi olanlardır. Məlum olduğu kimi bu bəyannamələr vəzifəli məmurların real mal varlığını və maliyyə durumunu tam əks etdirmir.

Beləliklə, Ermənistan silahlı qüvvələrin baş qərargah rəisi Movses Hakopyan vəzifəni qəbul edərkən təqdim etdiyi bəyannaməni araşdırarkən məlum olur ki, Hakopyan 10 oktyabr 2016-cı ildə biri çox mənzilli binada ev, digəri yardımçı tikililəri ilə birlikdə fərdi ev və ictimai təyinatlı tikilidən ibarət olmaqla, 3 cür daşınmaz əmlakı barədə məlumat verib. O, "Range Rover Sport Supercharged" 4.2 tipli nəqliyyat vasitəsinin olduğunu və həmin dövrdə maliyyə vəsaitinin 5,965,212 erməni dramı təşkil etdiyini qeyd edib. Movses Hakopyan bəyannaməsindən 4 ay sonra 21.02.2017-ci ildə yeni bəyannamə təqdim edib. Yeni bəyannaməsində maliyyə vəsaiti 7,976,055 erməni dramı miqdarında göstərilib. Onun bu yeni bəyannaməsində daşınan və daşınmaz əmlakı barədə məlumat yoxdur.

Erməni mətbuatı Movses Hakopyanın müavinləri haqqında da məlumat toplayıb.
2009-cu ildən etibarən indiyədək Ermənistan silahlı qüvvələrin baş qərargah rəisinin müavini olan Stepan Qalstyan ilk bəyannaməsini 2014-cü ildə təqdim edib.

O, yalnız əmək haqqı və ya bənzər gəlirləri barədə məlumat verib. Bu vəsait 6,427,524 erməni dramı təşkil edir. 2014-cü ildə verilmiş bəyannamədə daşınan və ya daşınmaz əmlak, qiymətli əşyalar və ödənişlər barədə heç bir məlumat yoxdur.

2015-ci ildə təqdim etdiyi bəyannaməsində də yalnız əmək haqqı gəlirləri barədə məlumat verib. Bu rəqəm dəyişməz olaraq 6,427,524 erməni dramı qalıb. Baş qərargah rəisinin təqdim etdiyi son 2016-cı il bəyannaməsində də əmək haqqı miqdarı dəyişməz olaraq 6,427,524 erməni dramı qalıb. Onun son bəyannaməsində də başqa məlumatlar yer almayıb. Son hadisələr zamanı, Vigen Sarkisyanın sifarişi ilə general-leytenant Haykaz Bağmanyan tutduğu vəzifədən azad edilərkən Stepan Qalstyan haqqında da çox danışıldı. O zaman qeyd edilirdi ki, Haykaz Bağmanyanla bərabər Stepan Qalstyan da sistemi tərk etməlidir.

Ermənistan silahlı qüvvələrinin baş qəraragah rəisinin digər müavini Onik Qasparyan da nə daşınmaz əmlak, nə də hər hansı qiymətli əşya barədə məlumat verməyib. Onik Qasparyan 19.07.2016-cı il tarixli bəyannaməsində yalnız çoxmənzilli binada bir mənzilə malik olması barədə məlumat verib. Vəzifəni qəbul edərkən onun maddi vəsaiti 3,283,662 erməni dramı, əmək haqqı ödənişinin isə 3,283,662 erməni dramı təşkil etdiyi göstərilib. 2017-ci ildə təqdim etdiyi bəyannaməsində isə, yalnız əmək haqqının miqdarının 3.172.630 erməni dramı təşkil etdiyini qeyd edib.

Erməni ordusunun təşkilat səfərbərlik idarəsinin rəisi Kamo Koçunts əvvəlkilərdən fərqli olaraq, 5 daşınmaz əmlak haqqında məlumat verib. Əmək haqqı və ya bənzər gəlirləri isə 3,240,000 erməni dramı olaraq göstərilib.

Qeyd edək ki, 2013-cü ildən bu vəzifəni tutan Kamo Koçunts, bundan öncə 5-ci ordu korpusunun komandiri olub.

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Hakopyanla müqayisədə BQ kəşfiyyat idarəsinin rəisi Arakel Martikyan kifayət qədər ətraflı məlumat verib. O, iki daşınmaz əmlak, bir mənzil, bir torpaq sahəsi barədə məlumat verib. "Mercedes-Benz E320" CD markalı bir avtomobil və onun vəzifəni qəbul edərkən kredit ödənişləri 20 000 ABŞ dolları təşkil edib. Maliyyə varlığı isə 2 mln erməni dramı, 10 min ABŞ dolları və 1 mln 500 min rus rublu təşkil edib. Əmək haqqı və ya buna bənzər digər ödənişləri 22.030.67 ABŞ dolları təşkil edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistanh-orudusu   Oğurluq   Korrupsiya  


Bizi "telegram"da izləyin