Ermənistan MN-ə məxsus avtomobil nömrələri geri alınıb

2018/01/DSC00015-copy-Meqena-440x293456456456wee_1516256601.jpg
Oxunub: 4338     14:20     18 Yanvar 2018    
Ermənistan müdafiə nazirliyinə məxsus avtomobil nömrələri geri alınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda müdafiə nazirliyinə məxsus avtomobil nömrələrindən müxtəlif sahələrdə istifadə edilməsi illərdir davam edir.

Belə ki, bu nömrələr imtiyazlı hesab olunduğuna görə, aidiyyəti olmayan şəxslər tərəfindən istifadə edilirdi. Yol polisi bu maşınları saxlamır və cərimə etmirdi. Eyni zamanda kameraların qeydiyyatına görə, sürücülər də cərimə edilmirdilər.

Məlumata görə, aprel döyüşlərindən sonra sabiq müdafiə naziri Seyran Ohanyanın əmri ilə, müdafiə nazirliyi ilə əlaqəsi olmayan, o cümlədən istefada olan yüksək rütbəli zabitlərdən dövlət nömrə nişanları geri alınıb. Bu cür nömrələr deputat general Seyran Saroyanda, keçmiş deputat Arakel Movsisyan, musiqili dövlət teatrının rəhbəri Artur Qriqoryan və digər bir neçə şəxsdə olub.

İndi isə Vigen Sarkisyanın göstərişi ilə nazirliyə məxsus dövlət nömrə nişanları ilə yalnız fəaliyyətdə olan idarə rəisləri, onların müavinləri və əlahiddə şöbə rəisləri azad hərəkət edə bilərlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vigen-Sarkisyan  


Bizi "telegram"da izləyin