Ermənistan ordusunda zabitlərin korrupsioner əməlləri

2018/01/154854512585_1516212906.jpg
Oxunub: 4095     02:11     18 Yanvar 2018    
Ermənistanda 700 dollar rüşvət alan komandirin işi istintaq orqanına göndərilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birinin tabor komandiri tərəfindən külli miqdarda rüşvət alınması, ona rüşvət verilməsi və müdafiə nazirliyinin zabiti tərəfindən rüşvətə vasitəçilik etmə hallarına görə qaldırılmış cinayət işinin müəyyən detalları məlum olub.

Cinayət işi 2017-ci il mayın 31-də istintaq komitəsinin hərbi istintaq baş idarəsinin xüsusi əhəmiyyətli işlər üzrə istintaq idarəsi tərəfindən açılıb.

İttihama görə, ər-arvad olan cütlük hərbi xidmətdə olan övladını taborun daha kiçik bölməsinə yerləşdirmək üçün müdafiə nazirliyinin zabiti vasitəsilə tabor komandirinə 336,392 erməni dramına müvafiq olan 700 dollar rüşvət veriblər. Bu rüşvət müqabilində erməni valideynlər xidmətdə olan övladının öncədən müəyyən edilən bölməyə təyin edilməsinə nail olublar.

Rüşvət almaqla vəzifə səlahiyyətindən sui-istifadə edən zabitlərin xidməti vəzifə borclarını yerinə yetirməsi müvvəqqəti dayandırılıb.

İstintaq tədbirləri nəticəsində məlum olub ki, xüsusi xidməti həyata keçirən vəzifəli şəxs tərəfindən istintaqa mane olma cəhdləri haqqında məlumat əldə edilib. Bu məlumatdan sonra cinayət işi hərbi prokurorluğun icraatından alınaraq, xüsusi istintaq xidmətinin icraatına verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin