Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məsələyə erməni vətəndaşlarından birinin “Bu fahişəliyin yeni yoludur?” deyə münasibət bildirməsinə, Vigen Sarkisyanın “fahişə özünsən” deyə cavab verməsi ciddi tənqidlərə səbəb olub.
Ermənistan müdafiə nazirliyinə rəhbərlik edən bir şəxsin bu cür ifadə işlətməsi, Sarkisyan hakimiyyətinin bütün eybəcərliyini aşkara çıxarıb. Ermənistanda baş verən hadisəni keçmiş erməni müdafiə nazirləri ilə müqayisə etdikdə, heç birinin bu cür ifadələrə yer vermədiyi aydın olur.
Bir sözlə Sarkisyanın tərəfdaşları nə qədər də onun nümunəvi məmur olduğunu desələr də, reallıqdan qaçmaq olmaz. Bu Sarkisyan rejiminin qeyri-etik, vətəndaş cəmiyyətinə qarşı hansı mövqedə durduğunu göstərir.
Xatırladaq ki, Vigen Sarkisyan öz "Facebook" səhifəsində yaralı əsgərin xaricdə müalicəsi üçün pul toplanması təşəbbüsünə qoşulmağa çağırış edib. Erməni əsgərin müalicəsi üçün nazirin pul dilənməsi, Ermənistan ordusunun ümumən "yüksək standartlara" cavab verdiyini sübut edir.
Alpər Mövludoğlu
Ordu.az