İlk öncə 1000 dram, sonra hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında qanun və nəhayət möhlət hüququnun məhdudlaşdırılması ətrafında qalmaqallar baş verdi. Daha sonra Ermənistan müdafiə nazirliyinin bir neçə üzün müddətli xidmət edən vəzifəli hərbi qulluqçularının işdən çıxarılması, bunlardan ən sonuncu və hay-küylü olan general-leytenant Haykaz Bağmanyanın istefası baş verdi.
Vigen Sarkisyan açıq şəkildə bəyan edib ki, Bağmanyanı məhz özü azad edib. Bundan sonra Baş Qərargah rəisi Movses Hakopyan gözlənilmədən, həmçinin utanverici dərəcədə Vigen Sarkisyanı tərifləməklə, onun müdafiə sahəsinin lideri və vahid rəhbəri olduğunu etiraf etdi.
Hakopyanın bu etiraflarının səbəbi vardı. Məsələ burasındadır ki, Bağmanyandan sonra Vigen Sarkisyan orduda o qədər də nüfuzu olmayan Movses Hakopyandan da azad olmağa hazırlaşırdı. Hakopyanın müsahibəsindən sonra onun azad ediləcəyi barədə hələlik heç bir məlumat yoxdur. Əksinə, Vigen Sarkisyan yenə də qalmaqalın diqqət mərkəzindədəir.
Bu dəfə Viqen Sarkisyan öz feysbuk səhifəsində yaralı əsgərin xaricdə müalicəsi üçün pul toplanması təşəbbüsünə qoşulmağa çağırış edib. Hazırda həmin əsgərin nə üçün müdafiə nazirliyinin vəsaiti hesabına müalicə olunmadığına dair müzakirələr başlayıb. Görəsən, niyə dəfələrlə yaralanmış əsgərlərin xaricdə müalicəsi üçün belə təşəbbüs göstərilmir ? Yenə də ordunun talan edilməsi, generalların cipləri, əsgər payının oğurlanması halları ön plana çıxıb.
Viqen Sarkisyan feysbuk istifadəçilərindən birinə “fahişə sənsən” deyə cavab verdikdə əsəb gərginliyi daha da artdı. Ümumiyyətlə Sarkisyan istirahət günlərində feysbuk səhifəsində çox fəal olub. Ermənistanda adətən dövlət məmurlarına xas olmayan şəkildə Sarkisyan bütün şərhlərə və qeydlərə özü cavab verirdi. Sarkisyan feysbukda son baş verən hadisəyədək Ermənistanın qapalı məmurlarından biri olub.
Bu zaman sual yaranır şəxsən vəsait toplanılmasına çağırışlar etməsinə nə səbəb olub? Axı bunu Ermənistan müdafiə nazirliyinin mətbuat katibi və ya müdafiə nazirliyinə aid feyk istifadəçilər də edə bilərdi. Nə üçün əsəbləri yerindən oynayan Vigen feysbuk istifadəçilərindən biri ilə dil davasına girdi? Hesab edirəm ki, bu sualların cavabı son zamanlar onun ətrafında baş verənlərlə bağlıdır.
Keçən həftə bildirmişdik ki, Serj Sarkisyan 3-cü şəxslərin yanında Vigen Sarkisyandan narazılıq edərək, onun nazir vəzifəsində formalaşa bilmədiyini qeyd edib. Həmçinin məlumatdan sonra, elə həmin gün generalların toplantısı baş tutub. Genaralların toplantısında Viqen Sarkisyanı fövqəaldə hallar naziri Davit Tonoyanla əvəz etməyə qərar verilib.
Məlumdur ki, məlumatlar və toplantı Vigen Sarkisyanın yanında böyük narahatlıq yaradıb. Buna baxmayaraq Sarkisyan ölkənin ən vacib müdafiə qurumuna rəhbərlik etməyi davam etmək istəyir. Serj Sarkisyanın müdafiə naziri vəzifəsindən sonra hansı işi təklif etməsindən asılı olmayaraq, vəzifəsinin dəyişdirilməsi onun ürəyincə deyil. Feysbukda və hakimiyyət yönlü mətbuat orqanlarında Vigen Sarkisyana qarşı bu günlərdə davam edən əks-təbliğatda isə açıq aydın Baş Qərargah rəisi Movses Hakopyanın qulaqları görünür.
Movses Hakopyan müdafiə naziri Vigen Sarkisyana nümayişkarcasına “baş əydikdən” sonra ona qarşı ciddi gizli iş aparır. Generalların toplantısının arxasında Movses Hakopyanın dayandığı istisna edilmir. Ən maraqlısı isə odur ki, Davit Tonoyan da eyni qaydada Movses Hakopyanla işləmək arzusunda deyil. Tonoyan müdafiə nazirliyinə keçməyə bir şərtlə razılıq verib ki, Movses Hakopyan tutduğu vəzifədən azad edilsin.
Alpər Mövludoğlu
Analiz
Ordu.az-a məxsusdur