Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, həmin çoxməqsədli helikopterlər eyni zamanda 7 nəfəri, yaxud 1 ton yükü daşıya və 2016-cı ilin oktyabrında razılaşdırılan Rusiya-Hindistan birgə təşəbbüsü çərçivəsində istehsal oluna bilər.
Razılaşmaya əsasən Hindistan 9 il ərzində 200 helikopter alacaq. Onlardan 60-ı Rusiyada hazırlanarkən, digər 140 ədəd isə yerli şirkət olan “Hindustan Aeronautics Limited”in (HAL) iştirakı ilə Hindistanda yığılacaq.
Buna görə də birgə təşəbbüs HAL-ın mərkəzi ofisinin yerləşdiyi Banqalorda qeydiyyata alınıb. Daha sonra elementlərin istehsalına başlanılacaq və əməkdaşlığın son mərhələsində Ka-226T helikopterləri tam şəkildə yığılacaq.
Birgə təşəbbüsün şərtləri ilə bağlı son saziş 2018-ci ilin birinci rübündə “The Russian Helicopters”, “Rosoboroneport” və HAL tərəfindən imzalanacaq. Kontraktın ümumi dəyəri 1 milyard dollara yaxındır.
Ağalar Ağalarlı
Ordu.az