Ordu.az Lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə Komitəsinin rəhbəri Leoniod Slutski öz “Facebook” səhifəsində məlumat yerləşdirib.
“Heç kim üçün sirr deyil ki, ABŞ hazırda cəld qlobal zərbə üçün kompleks şəkildə infrastruktur yaradır. KXDR və İran tərəfindən raket zərbələrinin dəf edilməsi məqsədilə Polşa və Rumınyada guya RƏM mövqeləri yaradılır. Halbuki hər kəs anlayır ki, ciddi şəkildə avadanlıqlara ehtiyac olmadan həmin mövqelərdən Rusiya Federasiyasının ərazisinə qanadlı raketlər buraxmaq mümkündür”, - deyə deputat yazıb.
Onun sözlərinə görə, amerikalılar yetərincə ardıcıl mövqe ortaya qoyurlar: əvvəlcə Rusiyaya qlobal zərbə həyata keçirməyə imkan verən infrastruktur yaradırlar, ardınca isə bu infrastrukturu müdafiə etməyə qadir doktrina qəbul edirlər.
Ağalar Qəribov
Ordu.az