Afrin əməliyyatına hazırlıq: Türkiyə yeni texnikalar yerləşdirir

2018/01/DKEKrypW4AE_amR23423_1516018178.jpg
Oxunub: 2458     20:07     15 Yanvar 2018    
Türkiyə ordusu Afrin əməliyyatına hazırlıq məqsədilə Suriya sərhədinə hərbi nəqliyyat vasitələrinin yerləşdirilməsini davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçən il Şırnaqın Silop rayonunun yaxınlığına gətirilən Türkiyə ordusuna məxsus zirehli maşınların bir qismi yük maşınlarına yüklənərək Suriya sərhədindəki Hatay vilayətinə aparılıb.

Dünən Silopa göndərilən yük maşınlarına zirehli maşınlar yüklənib və bu gün səhər tezdən Antəp və Hataya doğru yola düşüb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bazar günü Afrinə əməliyyat ehtimalını yenidən səsləndirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Afrin-əməliyyatı  


Bizi "telegram"da izləyin