İsrail və Hindistan bir sıra sahələrdə əlaqələri genişləndirəcək

2018/01/Без-названия345345_1516016471.jpg
Oxunub: 3546     19:39     15 Yanvar 2018    
İsrail və Hindistan bu gün bir sıra sahələr, o cümlədən müdafiə, kibertəhlükəsizlik, energetika, neft-qaz sənayesi və sənədli-bədii filmlərin birgə çəkilməsi barədə müqavilə imzalayıb.

Ordu.az NDTV telekanalına istinadən xəbər verir ki, bu barədə Hindistan baş naziri Narendr Modi və onun israilli həmkarı Binyamin Netanyahu arasında Dehlidə imzalanan müqavilədə bəhs edilir.

Məlumata görə, 130 nəfərlik nümayəndə heyəti ilə Dehliyə gələn Netanyahu həmçinin iki ölkə arasında ticarət əlaqələrinin inkişafını müzakirə etməyi də planlaşdırır.

Danışıqların nəticələrinə həsr olunan bəyanatda İsrailin Nazirlər Kabineti bu münaqişəni “səmada imzalanan nikah” adlandırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-Hindistan   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin