Pxenyan Vaşinqtonu danışıqlara mane olmaqda təqsirləndirib

2018/01/49345345_1515998730.jpg
Oxunub: 3983     14:42     15 Yanvar 2018    
Birləşmiş Ştatları KXDR-in koreyaarası əlaqələrin qaydaya salınması cəhdlərinə maneə törədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın “Nodon sinmun” qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Vaşinqton Koreya yarımadasına öz strateji hərbi aktivlərini yerləşdirməyə çalışır.

“ABŞ Şimali Koreyanın nüvə və raket proqramından imtina etmədiyi müddət ərzində sanksiyaların təsirini azaltmağı düşünmür. Beləliklə, onlar Koreyaarası sülh atmosferinə zərbə endirirlər”, - deyə məlumatda qeyd edilir.

Qəzet xəbərdarlıq edir ki, KXDR rəhbərliyi lazımi anda Vaşinqtona münasibətdə tətbiq edilə biləcək müxtəlif imkanlara malikdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin