Ordu.az xarici KIV-lərə istinadən xəbər verir ki, Suriya ordusunun əsgərləri Hələb vilayətinin cənub-qərbində yerləşən əl-Hass ətrafında xeyli sayda şəhər, qəsəbə və kəndi terrorçulardan təmizləyib.
Dünən isə Təl əd-Dəmandan keçən Hənasserlə Cəbal əl-Ərbəin yaşayış məntəqələrini birləşdirən yolda “Əl-Qaidə” və “Həyat Təhrir əş-Şam” terrorçuları arasında qızğın döyüşlər baş tutub. Ötən həftənin şənbə və bazar günləri Suriya ordusu Təl əd-Dəman şəhəri və ondan şimalda yerləşən bir sıra strateji mövqeələrdə nəzarəti ələ keçirərək terrorçuları mühasirəyə alaraq məhv etməyə müvəffəq olublar.
Bununla da, Suriya Silahlı Qüvvələri əl-Hass ətrafndakı bütün yaşayış məntəqələrində nəzarəti ələ keçirib.
Ağalar Qəribov
Ordu.az