Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Boris Conson KXDR üzrə Kanada və ABŞ arasında keçiriləcək görüşə həmsədrlik etmək üçün Vankuverə yola düşməzdən öncə bəyan edib.
“Şimali Koreyanın nüvə silahının yaradılması üzrə fəaliyyəti regional və qlobal stabillik üçün təhdiddir. Beynəlxalq ictimaiyyət bu məsələyə münasibətdə vahid mövqe tutmalıdır. Sanksiyalar artıq təsirini göstəririr, lakin bizim Kim Çen In rejiminə diplomatik təsiri saxlamağımız zəruridir”, - deyə Conson bildirib.
Onun sözlərinə görə, KXDR-ə təsirin daha da gücləndirilməsi və onların kursunu dəyişməsinə nail olmaq üçün müttəfiq ölkələrlə bu məsələləri müzakirə etmək imkanı Böyük Britaniya üçün təqdirəlayiqdir.
Ağalar Qəribov
Ordu.az