Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
“ABŞ-ın YPG və PYD ilə əməkdaşlığı Vaşinqton tərəfindən daha öncə qəbul edilən öhdəlik və edilən bəyanatlarla uyğun gəlmir, həmçinin Türkiyənin milli təhlükəsizliyi üçün təhlükə daşıyır və Suriyanın ərazi bütövlüyünü təhlükə altına alır”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, dünən ABŞ-ın başçılıq etdiyi ölkələr qrupunun İraq və Suriyada həyata keçirdiyi “Inherent Resolve” əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəhbəri, polkovnik Tomas Vil bəyan edib ki, Birləşmiş Ştatlar Suriya sərhədlərinin mühafizəsi üçün kürd silahlılarına təlimlər keçəcək.
Ağalar Qəribov
Ordu.az