Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nüayəndəsi Nikki Heyli bəyan edib.
Heyli bu fikirləri ABŞ prezidenti Donald Trampın 2015-ci ildə İranla imzalanmış müqaviləyə uyğun olaraq Tehrana münasibətdə sanksiyaların davam etdirilməsi barədə qərarını şərh edərkən bildirib.
Nikki Heylinin sözlərinə görə, Tramp bu addımı ataraq Birləşmiş Ştatların İranla nüvə razıaşmasına sadiq qalacağını, lakin İranın təhlükəli və stabilliyi pozan addımlarına tab gətirməyəcəyini nümayiş etdirməyə çalışıb.
“ABŞ ümid edir ki, digər ölkələr də bu məsələdə bizi dəstəkləyəcək”, - deyə Heyli vurğulayıb.
Ağalar Qəribov
Ordu.az