Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yeni nüvə doktrinası layihəsində bəhs edilir.
“Rusiyasının milli təhlükəsizlik doktrinası, strategiyası və siyasəti çox böyük narahatlıq doğurur. Bütün bunlarda nüvə silahının məhdud şəkildə istifadəsi ilə rəqiblərə təhlükə yaradılmasından bəhs olunur. Həmçinin Moskvanın daha geniş çərçivədə nüvə vasitələrini yaratması və istifadə etməsi nəzərdə tutulur”, – deyə sənəddə bildirilir.
Həmçinin qeyd edilir ki, Rusiya ilk növbədə ABŞ və NATO-nu iflic etməyə qadir atom döyüş sursatlarının tətbiqinə yatırım edir.
ABŞ-da bəzi ekspertlər Rusiyanın bu mövqeyini “eskalyasiya naminə eskalyasiya” adlandırırlar.
Ağalar Qəribov
Ordu.az