Ordu.az Gazeta.ua saytına istinadən xəbər verir ki, bu arədə Ukrayna Quru Qoşunları Milli Akademiyası mətbuat xidmətinin rəhbəri Anton Mironoviç bəyan edib.
“Hazırda KİV-lərdə bəhs edilən dərəcədə hazırlığı təşkil etmək barədə yalnız diskussiyalar gedir”, - deyə Mironoviç bildirib.
Onun sözlərinə görə, hazırda bu silahlardan istifadə etmək barədə əmr mövcud deyil, eyni zamanda “Javelin” ümumiyyətlə Ukrayna ordusunun silahlanmasında yoxdur.
“Yaxın zamanlarda Ukraynaya ABŞ-dan 250 hərbçi gələcək, lakin onlarla planlaşdırılan təlimlərdə KİV-lərin məlumat verdiyi dil hazırlığının həyata keçirilməsi nəzərdə tutulmur”, - deyə Mironoviç vurğulayıb.
Ağalar Qəribov
Ordu.az