Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, ABŞ-ın yeni nüvə doktrinasının layihəsində təsdiq olunur.
“Huffington Post” internet nəşri bildirir ki, Vaşinqton nücə silahının istifadəsinə yalnız fövqəladə hallarda yol verə bilər və məqsəd ABŞ-ın həyati əhəmiyyətli maraqlarını müdafiə etməkdən ibarətdir.
Bununla belə, fövqəladə halların nüvəsiz hücumlar zamanı yarana biləcəyini istisna etməyin doğru olmadığı da bildirilir və qeyd edilir ki, nüvə silahı yalnız ABŞ-ın özünə qarşı deyil, o cümlədən müttəfiqlərinin üzərinə həyata keçirilən hücumlara qarşı da nüvə silahının tətbiqi mümkündür.
Ağalar Qəribov
Ordu.az