Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Hindistan Baş Qərargah rəisi Bipin Ravat səsləndirib.
“Bu ona görə deyil ki, biz təhdiddən çəkinirik. Çin qoşunları həqiqətən də çox yaxşı təchiz olunub. Biz onda niyə öz ordumuzu daha yaxşı təchizatla təmin etməyək deyə düşündük və lazım olanı yerinə yetirdik. Görünür ki, biz daha hazırlıqlıyıq”, - deyə general bildirib.
“Bizim zəruri olan bütün imkanlarımız və mexanizmlərimiz var. İstənilən situasiyada qoşunlarımız gərəkli cavabı verməyə tam hazırdır. Lakin hərbi yol həmişə sonuncudur. Hər şeydən öncə əsas iş diplomatların üzərindədir. Ümid edirəm ki, iki ölkənin siyasətçiləri ortaq məxrəcə gələ biləcəklər”, - deyə Ravat əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az