Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri parlamentin üzvü Bob Sili bildirib.
“Kral donanması öz aviadaşıyıcılarını müdafiə etməkdə acizdir. Donanma istənilən böyük dövlətlə baş verə biləcək qarşıdurma zamanı sadəcə evə dönərək müharibəni izləyəcək”, - deyə Sili qeyd edib.
Keçmiş əsgər olan parlamentari öz fikirlərini əsaslandıraraq qeyd edib ki, tək özü yox, istənilən admiral donanmadakı səth gəmilərinin olmamasının aviadaşıyıcılar üçün meydana gətirdiyi təhlükələrə etiraz edər.
Britaniyanın yeni 3.1 milyard funtsterlinqlik aviadaşıyıcısı HMS Queen Elizabeth ötən ay Kral Dəniz Donanmasına qəbul edilib. Bu “HMS prince of Wales”dən sonra ikinci aviadaşıyıcıdır.
Lakin Sili donanmanın sahib olduğu səth gəmilərinin azlığından şikayətlənib. Bildirib ki, ümumilikdə 17 gəmi var və bu çox azdır.
Ağalar Ağalarlı
Ordu.az