Erməni generalların gizli "sxodkası": Vigen Sarkisyanı nə gözləyir?

2018/01/default23423_1515749076.jpg
Oxunub: 676     13:57     12 Yanvar 2018    
Erməni generallar müdafiə naziri vəzifəsinə öz namizədlərinin yerləşdirilməsi üçün gizli toplantı keçiriblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Hakim Respublikaçılar partiyası çevrələrində müdafiə naziri Vigen Sarkisyanın istefası müzakirə olunur.

Belə ki, İrəvan ətrafındakı restoranlardan birində generalların “sxodkası” baş tutub. Toplantıda Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, fövqəladə hallar naziri Davit Tonoyan, nazir müavini Ara Nazaryan və müəyyən nüfuzu olan digər şəxslər iştirak edib.

Məlumata görə, generalların müdafiə naziri vəzifəsinə öz namizədləri var və bu namizədin vəzifəyə gətirilməsi istiqamətində ciddi müzakirələrə başlanılıb. Söhbət hazırda fövqəladə hallar naziri olan Davit Tonoyandan gedir. Xatırladaq ki, Seyran Ohanyan müdafiə naziri olarkən, Davit Tonoyan onun birinci müavini idi.

Məlum olub ki, generalların görüşü Serj Sarkisyanın səlahiyyət müddətinin başa çatdığı 9 aprel tarixinədək davam edəcək. Yüksək hərbi dairələrdə əvvəlcədən Vigen Sarkisyanın müdafiə naziri vəzifəsinə təyin olunmasına qarşı olublar. Onlar hesab edir ki, bu vəzifədə ciddi strateji baxışları olan şəxs lazımdır. Vigen Sarkisyanın isə xarici işlər naziri vəzifəsinə gətirilməsindən başqa, həm də təhlükəsizlik şurasının sədri təyin edilməsi ehtimalı məsələsi də müzakirə edilir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Vigen-Sarkisyan  

Xəbər lenti

Erməni generalların gizli "sxodkası": Vigen Sarkisyanı nə gözləyir?

2018/01/default23423_1515749076.jpg
Oxunub: 677     13:57     12 Yanvar 2018    