Ordu.az xəbər verir ki, erməni mətbautı qeyd olunan mövzu ilə əlaqədar Ararat vilayətinin din xadimi Noyemi Andreasyanın fikirlərini öyrənib.
Jurnalistin "Vigen Sarkisyan xaç atası olan 2-ci müdafiə naziridir. Bunu reklam hesab etmək olarmı?" sualına Andreasyan bu şəkildə cavab verib: "Seyran Ohanyan və Vigen Sarkisyanın tutduğu vəzifənin hər hansı şəkildə onların xaç atası olmaqları ilə əlaqəsi yoxdur".
Erməni din xadiminin yayındırıcı açıqlamasına münasibət bildirən çoxsaylı sosial şəbəkə istifadəçiləri, Vigen Sarkisyanın xaçla özünü reklam etməsini, o cümlədən onun bir əsgər məzarı üzərinə getmədiyini bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az