Mettis: ““Xəlifə” artıq dəyəri azalan bir markaya çevrilib”

2017/12/1053796659456456_1514619409.jpg
Oxunub: 419     15:33     30 Dekabr 2017    
İŞİD-i “maraq azalan bir brend” adlandıran ABŞ-ın müdafiə naziri Ceymis Mettis cümə günü 2018-ci il üçün terror təşkilatına qarşı müharibənin əsas istiqamətlərindən danışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ifadələr Pentaqonun məlumatında qeyd olunub.

Məlumatda, Mettis terrorçu təşkilata qarşı aparılan kampaniyanı nəzərdən keçirib.

“Biz 2017-ci ilin sonundayıq, “Xilafət” hələ də fəaliyyətdədir, amma biz onları məğlub edirik. Onlar fiziki güclərini itirdikcə daha az ilhamlandırıcı olurlar. “Xəlifə” artıq dəyəri azalan bir markaya çevrilib, amma hələ də onun fəlsəfəsi bəziləri üçün cəlbedicidir”, - deyə Mettis qeyd edib.

Geridə qalan ildə İŞİD yaxın şərqdə demək olar ki, regional güc kimi ortadan qaldırılıb. Prezident Donald Tramp yanvar ayında “Oval kabinet”ə gələrkən İraq və Suriyada təqribən 17500 terrorçu fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 1000 nəfərə qədər enib.

Mettis bildirib ki, İŞİD xəlifəliyinin dağılması koalisiyanın bu terror təşkilatına qarşı mübarizə metodunu da dəyişəcək. O qeyd edib ki, bundan sonra İraqdakı koalisiya qüvvələri İraq qoşunlarını, polsini yetişdirmək və qalan İŞİD üzvlərini aşkar etmək üçün kəşfiyyat xidmətini gücləndirmək üzrə İraq hökuməti ilə əməkdaşlığa davam edəcək. O, əsas planın ən nəhayətdə terrorçulara qarşı mübarizənin rəhbərliyini yerli qüvvələrə ötürmək olduğunu vurğulayıb.

“Vəziyyəti yerli qüvvələr və polis tərəfindən nəzarət edilə bilinəcək formaya salmalıyıq. Hələki polisin yerli əməliyyatlar təşkil etməyi və hərbi kəşfiyyat əməliyyatları aparması çətindir. Lakin sonda hüququn və yerli təhlükəsizlik qüvvələrinin üstünlüyü təmin ediləcək”, - deyə Mettis əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin