Pentaqon: ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarının xarakteri dəyişəcək

2017/12/234234_1514615851.jpg
Oxunub: 446     14:36     30 Dekabr 2017    
“Amerikanın İŞİD terror qruplaşmasına qarşı hərbi kompaniyasının xarakteri növbəti ildə dəyişilməyə məruz qalacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis ABŞ-ın başçılığı ilə Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparan koalisiyanın əməliyyatlarının gedişatına dair sualı şərh edərkən bildirib.

“Müdafiə naziri Ceyms Mettisin bəyan etdiyi kimi, İŞİD-in İraq və Suriyada fiziki məhvi koalisiya tərəfindən fərqli formada həyata keçiriləcək”, - deyə Pentaqonun mətbuat-xidməti tərəfindən hazıranan məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, 2017-ci il bitir və İŞİD qaçmağa məcburdur, koalisiya isə onları məhv etməklə məşğuldur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   İŞİD  


Bizi "telegram"da izləyin