KXDR-dən "Xvason-15" raketi üçün yeni möhürlər - FOTOLAR

2017/12/2362456456_4543845027.jpg
Oxunub: 414     14:20     30 Dekabr 2017    
Şimali Koreya dövlət möhür bürosu ötən ay atılan "Xvason-15" raketini xatırladan yeni kolleksiya buraxıb.

Ordu.az “The Guardian”a istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən nümayiş etdirilən şəkillərdən görünür ki, yeni möhürlərin üzərində "Xvason-15" qitələrarası ballistik raketin görüntüləri çap edilib.

Lakin bu, Şimali Koreyanın ilk belə möhürü deyil. Avqust ayının birində "Xvason-14" raketinə görə də xüsusi möhürlər buraxılıb.

Xatırladaq ki, Noyabrın 29-da Pxenyanın 18 mil şimalda baş tutan uğurlu sınaqdan sonra çıxış edən Kim Çen In nüvə dövləti olmaq yolunda aparılan işlərin tamamlandığını və həmin günün tarixi bir gün olduğunu qeyd edib.

KXDR "Xvason-15" QABR-ın ABŞ-ın istənilən nöqtəsini vurmağa qadir olduğunu iddia edir.





Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xvason-15   QABR  


Bizi "telegram"da izləyin