Bosniyada keçmiş hərbçilər müharibə cinayətində ittiham olunur

2017/12/6a1e9775-d26a-497c-807b-b732deb31521234_1514567659.jpg
Oxunub: 472     01:19     30 Dekabr 2017    
Sarayevo prokurorluğu 14 keçmiş bosniyalı ordu üzvünü ölkədəki etnik müharibə zamanı Bosniya serblərinə qarşı müharibə cinayəti törətməkdə ittiham edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbçilər Koncic qəsəbəsindəki serbləri öldürməkdə günahlandırılırlar.

Qeyd edək ki, bu vaxta qədər Bosniya müharibəsi (1992-1995) ilə bağlı müharibə cinayəti ittihamı ilə bir çoxları məhkəmə qarşısına çıxarılıb.

Bosniyalıların və xorvatların Yuqoslaviyadan ayrılmaq istəməsinə görə, serb üstünlüklü Yuqoslaviya rəhbərliyi bir neçə şəhər və rayona hücumlar etdikdən sonra müharibə başlayıb.

Hücumlara cavab olaraq bosniyalılarla xorvatlar bir cəbhədə birləşərək, Koncic kimi üstünlük təşkil etdikləri ərazilərdə etnik serblərə qarşı döyüşüblər.

Müharibədə təxminən 100 min nəfərin həlak olduğu, 2 milyon insanın isə evsiz qaldığı ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya-müharibəsi   Həbs  


Bizi "telegram"da izləyin