Britaniya minaların təmizlənməsinə daha çox vəsait ayıracaq

2017/12/Daniel-Craig-Cyprus-SFW-1324324_1514565373.jpg
Oxunub: 400     00:26     30 Dekabr 2017    
Britaniya İraq və Suriya kimi bir neçə ölkədə həyata keçirilən əməliyyatların genişləndirilməsi üçün əlavə maliyyə ayrımağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Beynəlxalq Tərəqqi üzrə dövlət katibi Penni Mordant minaları “gizli” və “heç kimə acımayan qatil” kimi təsvir edərək bildirib ki, Britaniya cəmiyyəti Milad ərəfəsində Mina Məşvərətçi Qrupuna əlavə yardımlar edib.

Qeyd edək ki, bu ilin əvvəlində Şəhzadə Diananın oğlu prins Harrinin qatıldığı bir mərasimdə qrupa 100 milyon funtsterlinq ayrıldığı bildirilib.

Birləşmiş Krallıq İraq və Suriyadan başqa, Livan, Sudan və Yəməndə də bu tipli xilasetmə işləri aparır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin