Ekspert: Kerç körpüsü hücuma qarşı həssasdır

2017/12/1513769775-3259-okkupantyi-zavershili-sborku-proletnyih-stroeniy-avtodorojnoy-chasti43535_1514562565.jpg
Oxunub: 452     23:50     29 Dekabr 2017    
Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, Hərbi Elmlər üzrə namizəd, Texniki Elmlər Doktoru, general-leytenant Ihor Romanenko Rusiya tərəfindən tikilən Kerç körpüsünün strateji əhəmiyyətini nəzərdən keçirib.

Ordu.az unian.info saytına istinadən xəbər verir ki, dekabrın 20-də Rusiyanın Taman sahilindən Kerçə uzanan körpünün inşası üzrə növbəti mərhələ bitib.

“Körpü Krımın iqtisadi inkişafına kömək etməklə yanaşı, Krımdakı qüvvələrə hərbi yardım çatdırması üçün strateji əhəmiyyətə malikdir. Lakin hərbi perspektivinə baxmayaraq, o, həm hava qüvvələri, həm quru, həm də dənizdən atılan raketlərə qarşı çox həssasdır”, - deyə Romanenko bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım   Kerç  


Bizi "telegram"da izləyin