Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyinin katibi Tatyana Şevtsova bəyan edib.
“Milli müdafiə üçün çəkilən xərclərlə ordunun saxlanılmasına çəkilən xərclər eyni deyil. 2016 və 2017-ci illərdə Rusiya ordusunun saxlanılması üçün çəkilən xərclər onun təchiz edilməsi üçün çəkilən xərclərdən az idi. Nisbət isə 60 faizin 40 faizə olaraq bölünürdü”, - deyə Şevtsova bildirib.
O qeyd edib ki, növbəti il də ənənəyə sadiq qalınacaq.
“Belə ki, növbəti ildə ordunun təchizatına 1,5 trilyon rubl (44,25 milyard manat və ya 25,95 milyard dollar – red.), saxlanılmasına isə 1,3 trilyon rubl (38,35 milyard manat və ya 22,49 milyard dollar – red.) xərclənəcək”, - deyə Şevtsova vurğulayıb.
Ağalar Qəribov
Ordu.az