Stoltenberq: “Biz yeni silah yarış yox, Rusiya ilə siyasi dialoq istəyirik”

2017/12/20115345345_1514550785.jpg
Oxunub: 340     20:42     29 Dekabr 2017    
NATO-nun baş katibi Yens Stoltenberq 2018-ci ildə Rusiya ilə transatlantik alyans arasında dialoqun artacağını gözləyir.

Ordu.az unian.info saytına istinadən xəbər verir ki, bu barədə Stoltenberq Almaniyanın DPA xəbər agentliyinə danışarkən bildirib. .

“Biz həm siyasi dialoqda, həm də hərbi əlaqələrdə irəli doğru addımlar atırıq və bütün alyans üzvləri də bu məsələdə arxamızdadır”, - deyə Stoltenberq deyib.

“Biz şərqə doğru daha iddialı Rusiyanı gördüyümüz faktını qəbul etməliyik. Eyni zamanda NATO yeni bir Soyuq müharibə istəmədiyini də bildirir. Biz yeni silah yarış yox, Rusiya ilə siyasi dialoq istəyirik”, - deyə Stoltenberq əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin