Yaponiya XİN ABŞ RƏM-lərinin təyinatını açıqlayıb

2017/12/1501698688345345_1514547401.jpg
Oxunub: 481     19:35     29 Dekabr 2017    
“Yerüstü raket əleyhinə müdafiə sistemləri Yaponiya və onun vətəndaşlrının təhlükəsizliyinin təmin edilməsinə yönəlib, həmçinin Rusiya və digər ölkələr üçün təhlükə daşımır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi bəyan edib.

“Hər şeydən öncə demək zəruridir ki, biz KİV-lərdə yayılan bəyanatlara şərh verməyə ehtiyat edirik. Yaponiyada “Aegis Ashore” RƏM sistemlərinin quraşdırılmasına gəlincə isə, bu, bizim ölkənin raket əleyhinə müdafiəsini, Yaponiyanın, bizim vətəndaşların əmlak və həyatlarının müdafiəsini təmin etmək üçün istifadə olunur. Onlar Yaponiya tərəfindən idarə olunur, Rusiya və Yaponiyanın qonşu dövlətləri üçün təhlükə daşımır”, - deyə Yaponiya tərəfi xarici işlər naziri Taro Kononun noyabrda Moskvaya səfəri zamanı bəyan edib.

Həmçinin Rusiya Xarici İşlər Nazirliyi qeyd edir ki, Moskva əvvəlki kimi Tokio ilə əlaqələri davam etdirərək sülh müqaviləsi imzalamağa hazırdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RƏM   Aegis-Ashore  


Bizi "telegram"da izləyin