Cənubi Koreya müdafiə üzrə 432 milyon dollarlıq kontrakt imzalayıb

2017/12/20171229000259_03454_1514544344.jpg
Oxunub: 458     18:51     29 Dekabr 2017    
Cənubi Koreyanın müdafiə sahəsində elektronika şirkəti “Hanwha Systems” Cənubi Koreya Müdafiə Nazirliyi ilə taktiki məlumat mübadilə şəbəkəsi qurmaq üçün 461.6 milyard von (432 milyon dollar) dəyərində bir müqavilə imzalayıb.

Ordu.az “Yonhapnews”a istinadən xəbər verir ki, bu barədə şirkətin özündən məlumat verilib.

Məlumatda bildirilir ki, yeni nəsil kommunikasiya sistemləri şəbəkə mərkəzli mühitdə bütöv komanda və nəzarəti təmin etmək üçün qabaqcıl mobillik və multimedia imkanları təklif edir.

Müqavilənin dəyəri kompaniyanın 2016-cı ildəki ümumi dövriyyəsinin 13.12%-nə bərabərdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin