Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
Almaniya və onun bir sıra müttəfiqləri Rusiya ilə əlaqələrin qaydaya salınması mövqeyindən çıxış edir, lakin Amerika bir neçə ölkə ilə birlikdə buna qarşıdır.
NATO-nun bir hissəsi hesab edir ki, cari diplomatik format Şərq blokunun mövqeyinin möhkəmlənməsinə səbəb olur, lakin digərləri əmindir ki, möhkəmlənmə kifayət deyil, iştirakçıların bir-birini dinlədiyi dialoq zəruridir.
Dialoqun bərpa olunmasının tərəfdarları əmindirlər ki, Alyansın əsas düşməni Rusiyadır. Danışıqlara başlamaq isə aradakı sərhədlərin pozulmasına və bununla da Krımın Rusiyaya aidliyini təsdiq etməyin qanuniləşməsinə səbəb olacaq.
Beləliklə, Almaniya gərginliyin azalmasına, Şərqi Avropadan olan NATO üzvləri isə Rusiyanın özünün də bundan maraqlı olmamasına iddia edirlər.
Ağalar Qəribov
Ordu.az