2017-ci ildə Suriya döyüşlərində 39 min insan həlak olub - HESABAT

2017/12/f_182000438615145349536456_1514537596.jpg
Oxunub: 383     16:50     29 Dekabr 2017    
2017-ci ildə Suriyada baş verən silahlı qarşıdurmalar 39 min insanın həyatına son qoyub.

Ordu.az xəbər verir ki, bu barədə insan hüquqları üzrə Suriya Müşahidə Şurasının hesabatında bəhs edilir.

Suriyada 2017-ci ildə gedən vətəndaş müharibəsində həlak olan 39 minə yaxın insanın 2100-ü uşaq və 1500-ü qadındır.

Məlumata görə, son 12 ay ərzində Suriya ordusunun təxminən 3 min əsgəri həlak olub, həmçinin müxalif rejimdən, xüsusən İŞİD və “Fəth əş-Şam Cəbhəsi”ndən 7500-dən çox terrorçunun məhv edilidiyi də bilidirilir.

Həmçinin qeyd etmək yerinə düşər ki, həlak olanların sayı 2016 və 2015-ci illərlə müqayisədə azalıb. Həmin illərdə bu rəqəmlər müvafiq ardıcıllıqla 49 min və 55 min insan təşkil edib.

2011-ci ildən etibarən müharibənin yarım milyon suriyalının həyatına son qoyduğu bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Hesabat  


Bizi "telegram"da izləyin