İsrail və ABŞ İrana dair gizli müqavilə imzalayıb

2017/12/121412345345_1514529811.jpg
Oxunub: 479     14:42     29 Dekabr 2017    
Ağ Evdə keçirilən gizli görüşdə ABŞ və İsrail İran siyasətinə qarşı əks-təsir göstərmək üçüm gizli razılaşma imzalayıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrailin “Channel 10 News” telekanalı məlumat yayıb.

Razılaşmanın İsrailin milli təhlükəsizlik müşaviri Meir Ben-Şabbat başda olmaqla müdafiə sahəsindən olan məmurlarının iştirakı ilə imzalandığı qeyd olunur.

Səfər zamanı İsrail nümayəndə heyəti Pentaqondan və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert MakMasterin rəhbərlik etdiyi kəşfiyyat xidmətindən olan həmkarları ilə görüşüb.

ABŞ hökumətindən olan mənbənin verdiyi məlumata görə, iki il davam edən danışıqlardan sonra İrana qarşı qarşılıqlı razılaşma barədə müqavilə imzalanıb.

Qeyd edək ki, sənədin İranın nüvə və ballistik proqramları, o cümlədən regiona silah satışı ilə bağlı əsas məsələlərə diqqət edən 4 işçi qrupun yaradılmasını nəzərdə tutduğu bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-İsrail   İran  


Bizi "telegram"da izləyin