Liviya ordusu ölkəni İŞİD-dən azad edib - SON DƏQİQƏ

2017/12/IMG-20171228-WA0017_1514484282.jpg
Oxunub: 484     00:53     29 Dekabr 2017    
Liviya milli ordusu ölkəni İŞİD terror qruplaşmasının sonuncu sığınacağından azad edib.

Ordu.az "Al Mayadeen" telekanalına istinadən xəbər verir ki, bu barədə Liviya ordusunun komandanlığı bəyan edib.

Liviya milli ordusuna feldmarşal Xəlifə Xəftar rəhbərlik edir.

Xatırladaq ki, 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafinin devrilməsi və öldürülməsindən sonra ölkədə faktiki ikihakimiyyətlilik yarandı ki, bu isə Liviya ərazisində müxtəlif terror qruplaşmalarının dağıdıcı fəaliyyəti üçün zəmin yaradıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   İŞİD  


Bizi "telegram"da izləyin