İraqda hökumət yönümlü yarımhərbi qüvvələr İraq və Suriya arasındakı sərhəd zonasında hücum edən İŞİD terrorçularını geri oturdublar.
Ordu.az “Iraqinews” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Həşd əş-Şaabi” (Xalq Səfərbərlik Qüvvələri) məlumat verib.
Məlumatda bildirilir ki, Təl Süfük regionunda hücum dəf edən qüvvələr terrorçuların zirehli maşınını yandırıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İraq
Həşd-əş-Şaabi