ABŞ vitse-prezidenti Əfqanıstana gözlənilməz səfər edib

2017/12/4622013234234_1513921947.jpg
Oxunub: 416     13:48     22 Dekabr 2017    
ABŞ vitse-prezidenti Maykl Pens dünən Əfqanıstana gözlənilməz səfər edərək Kabildə Əfqanıstan lideri Əşrəf Qani ilə görüş keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, baş tutan görüşdə Maykl Pens Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə ümidvar olduğunu bildirib.

“Bizim fikrimizcə, indi Əfqanıstanda azadlıq və təhlükəsizlik yolunda mütləq qələbə qazana bilərik. Liderliyiniz və cəhdlərimizə göstərdiyiniz həmrəylik üçün sizə təşəkkür edirik”, - deyə Pens bildirib.

Qeyd edək ki, görüşdə həmçinin Əfqanıstan baş naziri Abdulla-Abdulla da iştirak edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


Bizi "telegram"da izləyin