Ordu.az NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bu təlimlər NATO-nun İraq üzrə Müdafiə və Təhlükəsizlik imkanlarının yaxşılaşdırılması təşəbbüsü çərçivəsində baş tutub.
Məlumatda bildirilir ki, təlimlərdə İraq Müdafiə Nazirliyindən 21 nəfər iştirak edib.
İraqın İŞİD-dən azad edilməsindən sonra partlayıcıların təmizlənməsinə daha çox ehtiyac duyulur. Son zamanlar mülki vətəndaşların İŞİD-in minaladığı ərazilərdə partlayışlara qurban getdiyi xəbərləri artıb.
Bununla əlaqədar olaraq, NATO İraq təhlükəsizlik qüvvələrinin minalarla işləmə bacarılarının gücləndirilməsi üzrə işlərini intensivləşdirib.
Ağalar Ağalarlı
Ordu.az