Pentaqon Yəməndə gizli əməliyyatlar apardığını təsdiqləyib

2017/12/IMG-20171221-WA0044_1513883644.jpg
Oxunub: 487     03:12     22 Dekabr 2017    
“ABŞ silahlı qüvvələri 2017-ci ildə Yəmən ərazisində çoxsaylı əməliyyatlar və 120-dən çox hava hücumu həyata keçirib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Floridadakı mərkəzi komandanlığından məlumat verilib.

ABŞ Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, İraq və Suriyadakı ərazi üstünlüyünü itirən İŞİD Yəməndə ələ keçirdiyi ərazilərin genişliyini iki dəfə artırıb.

“Quruda keçirilən əməliyyatlarının məqsədi Ərəb yarımadasında “Əl-Qaidə”nin və İŞİD-in terrorçular toplama, yetişdirmə və buradan dünyaya terrorizmi ixrac etmə imkanlarına əngəl olmaqdır”, - deyə məlumatda bildirilir.

Yəməndəki ABŞ qoşunlarının sayı naməlum olaraq qalsa da, Pentaqon az sayda qoşunun Yəmənin Şəbvə regionunu “Əl-Qaidə”dən təmizlədiyini və beynəlxalq birliyin tanıdığı hökumətə dəstək verən ərəb koalisiyasına kömək etdiyini etiraf edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Yəmən   ABŞ  


Bizi "telegram"da izləyin