Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İkitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Görüş “Maqnitskinin qanunu” adlandırılan Amerika tərəfinin Rusiyaya qarşı sanksiyalarının genişləndirilməsi fonunda keçib.
Qeyd edək ki, ABŞ sanksiya siyahısına Çeçenistan rəhbəri Ramzan Kadırov da daxil olmaqla daha 5 rusiyalını daxil edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, böyük ehtimalla Rusiya qarşı tərəfə oxşar şəkildə cavab verəcək.
Ağalar Qəribov
Ordu.az