Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu bəyanatla alyansın baş katibi Yens Stoltenberq çıxış edib.
“Əfqanıstanda biz missiyanı döyüş əməliyyatlarından yerli əfqan qoşunlarının yetişdirilməsinə və tövsiyyə verilməsinə dəyişmişik”, - deyə baş katib bildirib.
Paris Universitetinin tələbələri ilə görüşən Stoltenberq bildirib ki, missiyadakı əsgərlərin sayı 16000-ə çatdırılıb.
“11 sentyabrdan etibarən biz terrorizmə qarşı birgə mübarizə aparırıq. NATO İŞİD-ə qarşı qlobal koalisiyanın da partnyorudur. Sovet İttifaqının dağılmasından sonra NATO “Əl-Qaidə”yə qarşı mübarizədə daha aktiv fəaliyyətə və Əfqanıstanda aparıcı rol oynamağa başladı”, - deyə Stoltenberq əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az