Ordu.az “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti dekabrın 13-də sənədi təsdiq edib.
Hal-hazırki şərtlərə görə, Rusiyanın bazada 11 döyüş gəmisi saxlama hüquq var. Yeni müqavilə isə Rusiyaya əlavə qoşun dəstələri göndərmə hüquq verəcək.
Suriya bazanın müdafiəsindən cavabdehdir. Rusiya isə öz növbəsində Suriyanın raketdən müdafiəsini və sərhədlərin təhlükəsizliyinə nəzarət edəcək.
Müqavilənin müddəti 49 il nəzərdə tutulub. Lakin əgər bitmə vaxtından bir il əvvələdək heç bir tərəf müqavilənin ləğv edilməsi ilə bağlı sorğu göndərməsə, bu müddət avtomatik olaraq 25 il də uzana bilər.
Ağalar Ağalarlı
Ordu.az