Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rusbal” şirkətinin marketin və hərbi təyinatlı məhsulların satışı şöbəsinin rəhbəri Aleksey Komarov bildirib.
“2017-ci ildə ötən illər müqayisədə satılan məhsulların sayı praktiki olaraq 2 dəfə artıb”, - deyə Komarov bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi texnikaların təqlid və maskalanması vasitələrinə dünya ölkələrində böyük tələbat var.
“Bu gün Rusiya hərbi texnikanın təqlid və maskalanması vasitələrinin satılması üzrə Britaniya, Çin və Almaniya kimi ölkələrlə rəqabət aparır. Bütün sifarişlərin 30 faizdən çoxu xarici sifarişçilər tərəfindən edilir”, - deyə Komarov qeyd edib.
Ordu.az