Suriya Quru Qoşunları “ən-Nusra” terrorçularını bir neçə regiondan çıxardaraq Beyit Cin və Muğur əl-Mir regionları arasındakı bütün təminat kanallarına nəzarəti ələ keçirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Dəməşqin cənub-qərbindəki Beyit Cin və Muğur əl-Mir kəndləri yaxınlığında terrorçularla döyüşlər aparan ordu birlikləri xeyli sayda terrorçunu və onların hərbi nəqliyyat vasitələrini məhv ediblər.
Ağır artilleriya və raketlərlə silahlanan qoşunlar strateji Marvin yüksəkliyini də ələ keçirib. Nəticədə, “ən-Nusra” terrorçularının bu kəndlərə gedən yolları tamamilə bağlanıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
SQQ
Ən-Nüsra
Terror