Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.
“Tillersonun bəyanatları fonunda ABŞ BMT qərargahında KXDR-lə əlaqə qurmağa cəhd etməyib”, - deyə Nauret bildirib.
Bununla belə, o qeyd edib ki, Tillerson ötən həftənin cümə günü KXDR-in BMT-dəki daimi nümayəndəsi Ça Son Namın mövqeyini tənqid edib.
“Odur ki, dövlət katibi ictimai şəkildə KXDR nümayəndəsinə cavab verib, lakin Amerika hökuməti Pxenyanı təmsil edənlərlə heç bir əlaqə qurmayıb”, - deyə Nauret vurğulayıb.
Ordu.az