Ordu.az xəbər verir ki, bu barədə Svpressa.ru saytı məlumat yayıb.
Artıq 120-dən çox NATO standartını Ukrayna Silahlı Qüvvələrinə daxil edən Ukrayna müdafiə naziri Stepan Poltorak bəyan edib ki, 2020-ci ilədək bu standartlar ordu üçün əsas nizamnaməyə çevrilməli və norma kimi qəbul edilməlidir.
Lakin qəribədir ki, 2020-ci ilədək Poltorakın özü oyundankənar vəziyyətdə qala bilər. Belə ki, NATO Kiyevdən növbəti ildə müdafiə naziri vəzifəsinə mülki vətəndaşın təyin olunmasını tələb edib.
Bu barədə fikir isə bu yaxınlarda Ukraynanın paytaxtında böyük təntənə ilə keçirilən “NATO-Ukrayna” adlı iclasda Ukraynanın NATO-dakı nümayəndəliyinin rəhbəri Aleksandr Vinnikov tərəfindən səsləndirilib.
Ukrayna müdafiə naziri Stepan Poltorak isə qeyd edib ki, ölkəsinin NATO-ya üzv olması üçün vəzifəsindən getməyə hazırdır.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edilmək üçün ən real namizəd isə 2015-ci ildə Ukrayna polisinin rəhbəri təyin edilən gürcüstanlı Xatiya Dekanoidzedir.
Həmçinin Dekanoidzenin adı artıq dəfələrlə bu vəzifə ilə paralel şəkildə səslənib.
Ağalar Qəribov
Ordu.az